Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib
18 2024 16:38

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, Ucar, Zərdab, Ağdaş, Göyçay, Yevlax və Qəbələ rayonları sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.


1 May 2024
Siyasət

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə nitq söyləyib - YENİLƏNİB + FOTO/VİDEO

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

1 May 2024
Siyasət

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.

1 May 2024
Siyasət

Azərbaycan Özbəkistanla bir sıra sahələrdə əməkdaşlığı genişləndirəcək

Azərbaycanla Özbəkistan arasında hasilat, rəqəmsallaşma, turizm, infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin imkanları müzakirə edilib.